Güclü külək   əsəcək, dolu yağacaq  - Sabahın HAVASI
30 aprel 2024 12:33 (UTC +04:00)

Güclü külək əsəcək, dolu yağacaq - Sabahın HAVASI

Mayın 1-də gözlənilən hava şəraiti açıqlanıb.

Milli Hidrometeorologiya Xidmətindən Lent.az-a verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında hava şəraitinin yağmursuz keçəcəyi gözlənilir. Mülayim şimal-qərb küləyi arabir güclənəcək.

Havanın temperaturu gecə 14-18° isti, gündüz 21-26° isti olacaq.

Atmosfer təzyiqi 762 mm civə sütunundan 759 mm civə sütununa enəcək. Nisbi rütubət gecə 55-65%, gündüz 40-45% olacaq.

Azərbaycanın rayonlarında

Havanın əsasən yağmursuz keçəcəyi gözlənilir. Lakin gündüz bəzi dağlıq ərazilərdə qısamüddətli yağıntılı olacağı, şimşək çaxacağı, dolu düşəcəyi ehtimalı var. Gecə və səhər bəzi yerlərdə arabir duman olacaq. Mülayim qərb küləyi əsəcək.

Havanın temperaturu gecə 12-17° isti, gündüz 26-31° isti, dağlarda gecə 8-13° isti, gündüz 15-20° isti olacaq.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 13644
avatar

Oxşar yazılar