Hansı xəstəxanalarda pulsuz mammoqrafiyadan keçmək olar? - CAVAB
05 mart 2024 13:51 (UTC +04:00)

Hansı xəstəxanalarda pulsuz mammoqrafiyadan keçmək olar? - CAVAB

Lent.az-ın "bir sual, bir cavab" rubrikasında növbəti mövzu mamoqrafiya ilə bağlıdır.

Maraqlıdır, görəsən, İcbari tibbi sığortaya momoqrafiya qarşılayırmı? Əgər qarşılayırsa, hansı müəssisələrdə mövcuddur?

İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyindən Lent.az-ın sorğusuna cavab olaraq bildirilib ki, Mammoqrafiya (bilateral) respublika Klinik Xəstəxanasında icra olunur. Yeni Klinikada isə Mammoqrafiya (bilateral) və Mammoqrafiya (unilateral) - yəni birtərəfli və ikitərəfli Yeni Klinikada icra olunur. Habelə Agentliyin müqavilə bağladığı özəl tibb müəssisələrinə də göndəriş verilir.

# 4869
avatar

Arzu Qurbanlı

Oxşar yazılar