Hava çox soyuyacaq   - XƏBƏRDARLIQ
13 fevral 2025 16:40 (UTC +04:00)

Hava çox soyuyacaq - XƏBƏRDARLIQ

Gözlənilən sinoptik şəraitin analizinə əsasən deyə bilərik ki, fevral ayının sonlarına doğru soyuq hava kütlələrinin təsiri nəticəsində ölkə ərazisində hava şəraitinin dəyişəcəyi, şimal-qərb küləyinin güclənəcəyi, arabir yağıntılı olacağı, bəzi yerlərdə qar yağacağı ehtimal olunur.

Lent.az bildirir ki, bunu Milli Hidrometeorologiya Xidmətinin Hidrometeoroloji Proqnozlar Bürosunun direktoru Gülşad Məmmədova deyib.

O bildirib ki, soyuq hava kütləsinin müdaxiləsi temperatur rejiminə də təsir göstərəcək, havanın temperaturu bu günlərlə müqayisədə aşağı enəcək.

G.Məmmədova qeyd edib ki, fevralın 14-də ölkə ərazisində hava şəraitinin qeyri-sabit keçəcəyi, arabir yağıntılı olacağı, dağlıq və dağətəyi rayonlarda isə qar yağacağı gözlənilir. 15-si səhərdən yağıntıların tədricən kəsiləcəyi, ilkin məlumatlara əsasən sonrakı 2-3 gün ərzində, fevralın 16-18-də havanın mülayim, əsasən yağmursuz keçəcəyi gözlənilir.

“Hava şəraitinin dəyişməsi ilə əlaqədar məlumatlar 2-3 gün öncədən KİV-ə və əlaqədar təşkilatlara çatdırılır. Eyni zamanda meteo.az mobil tətbiqindən də yenilənən məlumatları əldə etmək olar”, - o əlavə edib.(APA)

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 14572

Oxşar yazılar

Qar uçqununda həlak olan əsgər dəfn olundu

Qar uçqununda həlak olan əsgər dəfn olundu

22 mart 2025 , 12:19
Qar uçqununda ölən əsgərlə vida mərasimi  keçirildi

Qar uçqununda ölən əsgərlə vida mərasimi keçirildi

22 mart 2025 , 12:03
Jurnalistin oğlu gənc yaşında vəfat etdi

Jurnalistin oğlu gənc yaşında vəfat etdi

22 mart 2025 , 10:04
Bu yerlərə qar yağır  - FAKTİKİ HAVA

Bu yerlərə qar yağır - FAKTİKİ HAVA

22 mart 2025 , 09:35
Xırdalanda su təchizatı dayandırldı - XƏBƏRDARLIQ

Xırdalanda su təchizatı dayandırldı - XƏBƏRDARLIQ

21 mart 2025 , 22:30
Ramazan ayının 22-ci gününün DUASI

Ramazan ayının 22-ci gününün DUASI

21 mart 2025 , 22:00
32 yaşlı kişinin dağda ağacdan asılmış meyiti tapıldı

32 yaşlı kişinin dağda ağacdan asılmış meyiti tapıldı

21 mart 2025 , 17:00
Ananın imtina etdiyi körpə Bakıya gətirilir

Ananın imtina etdiyi körpə Bakıya gətirilir

21 mart 2025 , 13:20