Hazırda bu rayonlara leysan yağır  - FAKTİKİ HAVA
08 iyun 2024 17:24 (UTC +04:00)

Hazırda bu rayonlara leysan yağır - FAKTİKİ HAVA

İyunun 8-i saat 17:00-a olan faktiki hava açıqlanıb.

Milli Hidrometeorologiya Xidmətindən Lent.az-a verilən xəbərə görə, iyunun 8-i saat 17:00-a olan məlumata əsasən əvvəlcədən xəbər verildiyi kimi, Tovuz, Göygöl, Daşkəsən, Gədəbəy, Gəncə, Ağstafa, Şəmkir, Tovuz, Balakən, Qəbələ, Zaqatala, Şəki, Şamaxı, Altıağac, Quba, Qrız, Şahdağ, Qusar, Ceyrançöl, Xaltanda şimşək çaxır, arabir leysan xarakterli yağış yağır.

Qrız, Şahdağda duman müşahidə olunur.

Havanın temperaturu Bakıda və Abşeron yarımadasında 32, Naxçıvan MR-da 32, Aran rayonlarında 34, dağlıq rayonlarda 17 dərəcəyədək isti olub.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 7659
avatar

Oxşar yazılar