Hər gün kərə yağı yemək  olarmı? - Hamı birdəfəlik yadda saxlasın
29 iyul 2025 14:03 (UTC +04:00)

Hər gün kərə yağı yemək olarmı? - Hamı birdəfəlik yadda saxlasın

Kərə yağı süfrəmizdə ən məşhur və dadlı məhsullardan biridir. Onu sıyıqlara əlavə edirik, çörəyə çəkirik, şirniyyatlara qatırıq.

Bəs bu məhsulu hər gün yemək təhlükəsizdirmi?

Lent.az kərə yağının hansı faydaları olduğunu, hansı normanın gündəlik istifadə üçün təhlükəsiz hesab edildiyini xəbər verir.

Kərə yağının faydası nədir?

Təbii kərə yağı tərkibində bu maddələri ehtiva edir:

A, D, E və K vitaminləri – bu vitaminlər yalnız yağlarla birlikdə yaxşı mənimsənilir;

Linole turşusu – ürəyin işini dəstəkləyir və immuniteti gücləndirir;

Faydalı doymuş yağlar – hormonal balans üçün vacibdir;

Enerji mənbəyi olan birləşmələr – xüsusilə soyuq aylarda bu çox əhəmiyyətlidir.

Orta miqdarda istifadə edildikdə kərə yağı faydalı ola bilər, xüsusilə uşaqlar, zehni gərginliklə çalışanlar və əlavə enerjiyə ehtiyac duyanlar üçün.

Hər gün kərə yağı yemək nə vaxt problemə çevrilir?

Kərə yağını hər gün yemək olar, amma ağla uyğun miqdarda. Keyfiyyətli məhsul düzgün porsiyada olduqda orqanizmə xeyir verir. Problem isə həddindən artıq miqdarda istifadə zamanı ortaya çıxır, çünki kərə yağı təxminən 80% yağdan ibarətdir.

Həddindən artıq istifadə aşağıdakı nəticələrə səbəb ola bilər:

“Pis” xolesterinin səviyyəsinin yüksəlməsi

Ürək-damar xəstəlikləri riskinin artması

Artıq çəki və qaraciyərə yük düşməsi

Sağlamlığa zərər vurmamaq üçün gündəlik 20 qramdan çox kərə yağı yemək olmaz.

Kimlər kərə yağı istifadəsini məhdudlaşdırmalıdır?

Xolesterini yüksək olan və ürək problemləri yaşayan şəxslər

Artıq çəkidən əziyyət çəkən və maddələr mübadiləsi pozğunluğu olanlar

Qaraciyər və mədəaltı vəz xəstəlikləri olan şəxslər

Bu hallarda heyvani yağların bir hissəsini bitki yağları ilə əvəz etmək daha məqsədəuyğundur – məsələn: zeytun, kətan toxumu və balqabaq yağı.
 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1127

Oxşar yazılar