İsmayıllının Minkə kəndində təsərrüfat məqsədilə istifadə olunan tullantı quyusunda iki uşaq – bacı-qardaş boğularaq ölüb.
Lent.az APA-ya istinadən xəbər verir ki, hadisə zamanı 2011-ci il təvəllüdlü İsmayılova Əfsanə Rövşən qızı və onun qardaşı, 2014-cü il təvəllüdlü İsmayılov Cahan Rövşən oğlu ölüb.
Kənd sakinlərinin sözlərinə görə, tullantılar üçün qazılan quyular yaxınlıqda yerləşən heyvandarlıq təsərrüfatına aid olub.
Hadisədən sonra uşaqların meyitləri quyudan çıxarılaraq İsmayıllı morquna təhvil verilib. Meyitlərə müvafiq baxış keçirildikdən sonra ailələrinə təhvil verilib.
Faktla bağlı cinayət işi başlanılıb, araşdırma aparılır.
***
21:53
İsmayıllıda faciəli hadisə yaşanıb.
Lent.az xəbər verir ki, rayon ərazisində yerləşən göldə yeniyetmə bacı-qardaş batıb.
Qızın meyiti çıxarılıb, oğlanın axtarışı aparılır.