İdman sağlamlıq obyektləri bu tarixdən açılacaq
25 may 2021 12:37 (UTC +04:00)

İdman sağlamlıq obyektləri bu tarixdən açılacaq

“İyunun 10-dan idman sağlamlıq obyektlərindən istifadəyə icazə veriləcək”.

Lent.az-ın məlumatına görə, bunu Nazirlər Kabineti yanında Operativ Qərargahın təşkil etdiyi mətbuat konfransında Azərbaycan Prezidentinin köməkçisi – Azərbaycan Prezidenti Administrasiyasının İqtisadi məsələlər və innovativ inkişaf siyasəti şöbəsinin müdiri Şahmar Mövsümov bildirib.

Onun sözlərinə görə, müəyyən olunmuş qaydalara əməl olunmaqla iyunun 10-dan idman sağlamlıq obyektlərinin fəaliyyəti bərpa olunacaq.

# 1929
avatar

Oxşar yazılar