Bu ölkənin  vətəndaşları   Azərbaycana vizasız  gələcəklər
07 iyul 2026 16:43 (UTC +04:00)

Bu ölkənin vətəndaşları Azərbaycana vizasız gələcəklər

0

1 avqust tarixindən etibarən Azərbaycan Sinqapur vətəndaşları üçün vizasız rejim tətbiq edir.

Lent.az xəbər verir ki, bu barədə Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov Sinqapurun xarici işlər naziri Vivian Balakrişnan arasında telefon danışığı zamanı məlumat verib.

Nazir Ceyhun Bayramov avqustun 1-dən etibarən Azərbaycan tərəfindən Sinqapur vətəndaşları üçün vizasız rejimin tətbiq olunması qərarı barədə məlumat verib, bu addımın xalqlar arasında təmasların genişlənməsinə, işgüzar əlaqələrin və turizmin inkişafına, həmçinin ikitərəfli münasibətlərin daha da dərinləşməsinə mühüm töhfə verəcəyinə əminliyini ifadə edib.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 218

Oxşar yazılar