İlin ilk Ay tutulması  başladı
25 mart 2024 09:35 (UTC +04:00)

İlin ilk Ay tutulması başladı

Bu gün ilin ilk Ay tutulması başlayıb.

Şamaxı Astrofizika Rəsədxanasından Lent.az-a verilən xəbərə görə, bu tutulma yarımkölgəli Ay tutulmasıdır. Bu tutulma zamanı Ay tam kölgəyə keçmədiyinə görə tutulma o qədər də hiss olunmur. Yarımkölgəli Ay Tutulması Avstraliyanın şərq hissəsi, Cənubi və Şimalı Amerikada, Sakit Okean, Atlantik Okean, Arktika və Antarktida da, Avropanın qərb hissəsində müşahidə olunur.

Ay tutulması Bakı vaxtı ilə saat 08:53-də başlayıb və saat 13:32-də bitəcək, tutulmanın maksimumumu saat 11:12-də olacaq. Tutulma zamanı Ay üfüqdən aşağıda yerləşdiyinə görə tutulma Azərbaycandan müşahidə olunmayacaq.

# 2700
avatar

Oxşar yazılar