Kəmalə Ağazadə xəstə qadına şər  atır? – İttihamlara CAVAB
11 yanvar 2023 16:43 (UTC +04:00)

Kəmalə Ağazadə xəstə qadına şər atır? – İttihamlara CAVAB

Sosial şəbəkələrdə Azərbaycan Uşaqlar Birliyinin sədri Kəmalə Ağazadə haqqında ciddi ittihamlar irəli sürülüb.

Lent.az xəbər verir ki, qadın video müraciət vasitəsilə Kəmalə Ağazadənin alkoqollu içkilərdən asılı vəziyyətdə olduğu haqqında fikirlər səsləndirib.

Xatırladaq ki, Kəmalə Ağazadə bir müddət öncə ona qarşı ittiham irəli sürən qadının uşağı barəsində sosial şəbəkələrdə paylaşım edib. O, iddia edirdi ki, “Sevgi evi" Qadın və Uşaq sığınacağında sözügedən uşağa qarşı psixi və fiziki zorakılıq göstərilib.

Video müraciətdə həmin uşağın anası Kəmalə Ağazadənin vaxtilə onu qapısından qovduğunu, indi isə ondan əl çəkmədiyini bildirib:

“Piyanska, siqaret çəkən bir qadın necə rəhbər ola bilər axı? Mən hər yerə müraciət etmişəm. Amma şikayətimə baxan yoxdur. Küçəyə çıxa bilmirəm. Hər gün qapıya polis dayanır. Kəmalə Ağazadəyə görə hər gün uşağım ekspertizaya aparılır”.

Maraq doğuran məqamlardan biri də odur ki, Kəmalə Ağazadə həmin videonu öz “facebook” səhifəsində paylaşıb.

Görəsən, Kəmalə Ağazadənin barəsindəki bu ittihamlara münasibəti nədir?

Məsələnin daha dəqiq təfərrüatını öyrənmək üçün Lent.az-ın əməkdaşı Azərbaycan Uşaqlar Birliyinin sədri Kəmalə Ağazadə ilə saxlayıb. 

Kəmalə Ağazadə bildirib ki, həmin şəxs barəsində heç bir şikayət etməyəcək:

“Bu cür insanlar bekar insanlardır. Mən ciddi işlərlə məşğul oluram. Həmin videonu qadının ürəyi soyusun deyə paylaşmışam. Mənim 150 qramlıq mədəm var. Ümumiyyətlə içki qəbul etmirəm. Bu cür insanları niyə şikayət edək ki?”

# 4020
avatar

Arzu Qurbanlı

Oxşar yazılar