Koronavirusa yoluxma azaldı, ölənlər çoxaldı -  SON STATİSTİKA
29 noyabr 2021 16:38 (UTC +04:00)

Koronavirusa yoluxma azaldı, ölənlər çoxaldı - SON STATİSTİKA

Azərbaycanda koronavirus (COVID-19) infeksiyasına 857 yeni yoluxma faktı qeydə alınıb, 1091 nəfər müalicə olunaraq sağalıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan Lent.az-a verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 26 nəfər vəfat edib.

Azərbaycanda indiyədək ümumilikdə 586 640 nəfər koronavirus infeksiyasına yoluxub. Onlardan 552 815 nəfər müalicə olunaraq sağalıb, 7 833 nəfər vəfat edib, aktiv xəstə sayı 25 992 nəfərdir.

Ölkədə son sutka ərzində 5 594, hazırkı dövrədək isə 5 526 664 test aparılıb.

# 2637
avatar

Oxşar yazılar