Payız fəsli   Azərbaycana bu tarixdə GƏLƏCƏK
07 sentyabr 2023 11:36 (UTC +04:00)

Payız fəsli Azərbaycana bu tarixdə GƏLƏCƏK

Payız fəsli Azərbaycana sentyabrın 23-ü saat 10:49:56-da daxil olacaq.​

Bakı Dövlət Universitetinin (BDU) Fizika fakültəsinin Astrofizika kafedrasından Lent.az-a verilən məlumata görə, bu zaman payız gecə-gündüz bərabərliyi qeydə alınacaq. ​

Günəş ekliptika üzrə hərəkət edib, ekvatoru kəsərək Şimal yarımkürəsindən Cənub yarımkürəsinə keçəcək və həmin andan Şimal yarımkürəsində payız fəsli başlayacaq. ​

Payız fəslinin uzunluğu 89 gün 20 saat 37 dəqiqə 23 saniyə olacaq.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 3423
avatar

Fidan İlqar

Oxşar yazılar