Qərbi Nil virusu nədir?    - Zibilxanalarda çoxalır
18 avqust 2024 15:00 (UTC +04:00)

Qərbi Nil virusu nədir? - Zibilxanalarda çoxalır

 

Xəbər verdiyimiz kimi, Ermənistan əhalisi arasında Qərbi Nil virusu yayılıb. Artıq 20 nəfərin bu virusa yoluxduğu, bir nəfər isə öldüyü açıqlanıb.

 

Lent.az Qərbi Nil virusu haqqında məlumatları təqdim edir:

 

QƏRBİ NİL VİRUSU NƏDİR?

 

İlk dəfə 1937-ci ildə Uqandada təsbit edilən Qərbi Nil Virusu, illər ərzində bütün dünyaya yayılmağa davam edən arbovirus infeksiyasıdır.

 

Əsas sahibinin vəhşi quşlar olduğu Qərbi Nil Virusu ağcaqanad dişləməsi ilə ötürülən virus infeksiyası növüdür. Culex ağcaqanadlarının dişləməsi ilə insanlara keçən xəstəlik birbaşa insandan insana keçmir.

 

Bu növün ağcaqanadları çirkli sularda və septik çənlərdə çoxalır və gecələr qanla qidalanır. Potensial həyati təhlükəsi olan Qərbi Nil İnfeksiyası bir çox nevroloji simptomlara səbəb olur.

 

AZƏRBAYCANDA QƏRBİ NİL VİRUSUNA RAST GƏLİNİBMİ?

 

Mütəxəssislərin sözlərinə görə, ölkəmizdə hələ bu virusa yoluxma faktına rast gəlinməyib.

 

QƏRBİ NİL VİRUSU NECƏ YAYILIR?

 

Xəstəliyin əsas daşıyıcı ağcaqanadlardır. Normalda virus ağcaqanadlar və quşlar arasında müşahidə olunur. Xəstəlik insanlara digər yoluxmuş məməlilərdən keçmir. İnsandan insana keçməyən xəstəlik anadan körpəyə ancaq doğuş və ana südü ilə keçə bilər. Bunun xaricində çox nadir hallarda da olsa qan və orqan transplantasiyası ilə yoluxa biləcəyi məlumdur. Eyni zamanda xəstəlik yoluxmuş quşların nəcislərinin dəri üzərində kəsiklə təması ilə ötürülə bilər.

 

XƏSTƏLİYİN ƏLAMƏTLƏRİ

 

İnsanların 80 faizində heç bir simptom olmur. Lakin 20 faizində bədəndə yüksək hərarət, halsızlıq, qusma, baş ağrısı və səpgilər müşahidə olunur. Xəstəlik müddəti 2-6 gün arasında dəyişir. Xəstəliyin ağır formasına 150 nəfərdən birində rast gəlinə bilər. Bu zaman sinir sisteminin tutulması prosesi baş verir. Bu hal uşaqlarda və ya 50 yaşından yaşlılarda müşahidə edilə bilər. Qərbi Nil Virusu qaraciyər və dalağın böyüməsinə, göz xəstəliklərinə, mədəaltı vəziyə və ürək əzələsinə mənfi təsir göstərə bilər.

 

QƏRBİ NİL VİRUSUNA DAHA ÇOX KİMLƏR YOXA BİLƏR?

 

50 yaşdan yuxarı insanlar, xərçəng və immun çatışmazlığı olan xəstələr, orqan transplantasiyası, diabet və böyrək çatışmazlığı olan insanlar Qərbi Nil Virusuna yoluxma riski altındadır.

Həmçinin, spirtli içki aludəçiləri, digər əsas xəstəlikləri olanlar, diabet və hipertoniya xəstələri də riskli qruplar arasındadır.

 

VİRUSDAN QORUNMANIN YOLLARI

 

Bu virusa qarşı peyvənd və ya effektiv antiviral preparat yoxdur. Xəstəlik xüsusilə köçəri quşların köç aylarında sentyabr, oktyabrdan may və iyun aylarına kimi müşahidə edilə bilər. Ağcaqanadların çox olduğu yerlər bu xəstəliyə yoluxma üçün əlverişli şəraitdir. Bu ağcaqanadlar hər mühitdə çoxala bilir. Onlar hətta zibilxanalarda çoxalırlar. Bunun qarşısını almaq mümkün deyil. Sadəcə olaraq bu ağcaqanadlarla mübarizə aparmaq lazımdır. Virus 1937-cı ildən olsa da, ona qarşı heç bir üsul yoxdur.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 3228
avatar

Oxşar yazılar