Şaxtalı hava Sumqayıtda nəqliyyatın hərəkətinə necə təsir edib? - Polisdən AÇIQLAMA
11 yanvar 2023 13:35 (UTC +04:00)

Şaxtalı hava Sumqayıtda nəqliyyatın hərəkətinə necə təsir edib? - Polisdən AÇIQLAMA

Kəskin hava şəraiti ilə bağlı Sumqayıt şəhərində polis əməkdaşları tərəfindən görülən tədbirlər nəticəsində piyada və sürücülərin iştirakı ilə ağır yol nəqliyyat hadisəsi qeydə alınmayıb.

Daxili İşlər Nazirliyindən Lent.az-a verilən məlumata görə, paytaxtla yanaşı Sumqayıt şəhərində də polis əməkdaşları hava şəraiti əlaqədar gücləndirilmiş rejimdə xidmətini davam etdirir. Hərəkətin intensiv olduğu küçə və prospektlərdə, piyada keçidlərində xidmət təşkil olunub. Digər dövlət orqanları ilə birgə yollar, yol nişanları qardan və buzdan təmizlənib, hərəkətin intensiv olduğu yerlərə qum və duz səpilib. Bu istiqamətdə işlər fasiləsiz olaraq davam etdirilir. Sumqayıt Şəhər Polis İdarəsi və Dövlət Yol Polisi Şöbəsinin əməkdaşları tərəfindən görülən tədbirlər nəticəsində sürücü və piyadanların mənzil başına təhlükəsiz şəraitdə çatması təmin edilib. Kəskin hava şəraiti ilə bağlı polis əməkdaşları tərəfindən görülən tədbirlər nəticəsində Sumqayıt şəhərində bu günlər ərzində piyada və sürücülərin iştirakı ilə ağır yol nəqliyyat hadisəsi qeydə alınmayıb.

# 1704
avatar

Oxşar yazılar