Son vaxtlar yollarda ən çox pozulan qayda hansıdır? – AÇIQLAMA
05 sentyabr 2023 17:27 (UTC +04:00)

Son vaxtlar yollarda ən çox pozulan qayda hansıdır? – AÇIQLAMA

Hər il dünyada 1 milyondan çox insan yol-nəqliyyat hadisələrində ölür. Araşdırmalara görə, hər il 25 yaşadək 400 min gənc yol-nəqliyyat qəzaları zamanı həlak olur. Bu da gündə təxminən 1000 nəfər deməkdir. Sürətin aşılması, sərxoş halda nəqliyyat vasitəsinin idarə edilməsi, dəbilqələrdən, təhlükəsizlik kəmərlərindən, xüsusi uşaq oturacaqlarından istifadə edilməməsi kimi faktorlar yol-nəqliyyat hadisələrində insanların ölümcül travmalar almalarına səbəb olur. Elə məhz belə bir dövrdə Azərbaycanda avtomobil sayının günü-gündən artması qeyri-peşəkar sürücülərin və yol-nəqliyyat hadisələrinin də artmasına səbəb olur. Qəzaların başvermə səbəbləri fərqli olsa da, təəssüf ki, nəticələri eyni olur.

Maraqlıdır, son günlərdə ölkədə baş verən qəzaların əsas səbəbi nədir?

Məsələ ilə bağlı nəqliyyat üzrə ekspert Aslan Əsədov Lent.az-a açıqlamasında bildirib ki, son vaxtlar avtomobillərin toqquşması, piyadavurma, dayanmış maneənin vurulması və ya ona çırpılma kimi hallar baş verir. 

Onun sözlərinə görə, həmçinin şəhərin qaranlıq, işıqlandırılmayan yollarında da qəzalar baş verir:

“Son günlərdə isə yol-nəqliyyat hadisələri ən çox sürət həddinin aşılması nəticəsində baş verir. Ümumiyyətlə, qəzaların qarşısını almaq üçün mütəmadi olaraq nəqliyyat və ya yol infrastrukturu yenilənməlidir. Bakıətrafı kənd və qəsəbələrin daxili yolları işıqlandırılmalıdır. O cümlədən də mütəmadi olaraq bu yollara nəzarət edilməlidir. Yol, hərəkət varsa, istənilən nəqliyyat vasitəsi və ya piyada səhv edə bilər. Sadəcə, yollarda bir sıra edilən kobud səhvlər ağır nəticələrə səbəb olur”.

# 2652
avatar

Arzu Qurbanlı

Oxşar yazılar