Ohayo ştatının Parma şəhərində doğulacaq uşağın şərəfinə keçirilən şənlikdə atışma zamanı üç nəfər ölüb, bir nəfər isə yaralanıb.
Lent.az xəbər verir ki, bu barədə "Fox News" telekanalı şəhər polisinin nümayəndəsinə istinadən məlumat yayıb.
Rəsmilərin məlumatına görə, həlak olanlar iki yetkin kişi və bir yeniyetmə qızdır, onların kimliyi açıqlanmayıb.
Şübhəli şəxs artıq saxlanılıb.