Sürücülərə ŞAD XƏBƏR:  bu yolda tıxac aradan qaldırıldı
15 fevral 2024 10:48 (UTC +04:00)

Sürücülərə ŞAD XƏBƏR: bu yolda tıxac aradan qaldırıldı

Daxili İşlər Nazirliyinin Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzinin əməkdaşları Bakının Binəqədi rayonu, Binəqədi şosesi ilə Mehdiabad yolunun kəsişməsində təhlillər aparıblar.

Mərkəzdən Lent.az-a verilən xəbərə görə, avtomobillərin intensiv hərəkət etdiyi bu yolda axşam saatlarında yaranan sıxlığın qarşısını almaq üçün kəsişmədə olan svetoforun vaxt planına dəyişiklik edilərək, Mehdiabad yolundan hərəkət edən nəqliyyatın faza vaxtı 7 saniyə artırılıb.

Nəticədə axşam saatlarında Mehdiabad yolundan kəsişmə istiqamətinə hərəkət edən nəqliyyat axınının sıxlığı aradan qaldırılıb.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 4881
avatar

Oxşar yazılar