Şuşa və Laçına dolu düşdü - FAKTİKİ HAVA  - YENİLƏNİB
16 may 2026 16:09 (UTC +04:00)

Şuşa və Laçına dolu düşdü - FAKTİKİ HAVA - YENİLƏNİB

0

Mayın 16-sı saat 15:00-a olan faktiki hava açıqlanıb.

Milli Hidrometeorologiya Xidmətindən Lent.az-a verilən xəbərə görə, ölkə ərazisinin əksər yerlərində yağıntılı hava şəraiti davam edir.

Ayrı-ayrı yerlərdə yağıntılar intensiv xarakterlidir.

Belə ki, Zaqatala, Qax (Sarıbaş), Balakən, Xızı, Qrız, Xınalıq, Qəbələ, Qobustan, Qusar (Laza), Quba, Xaltan, Xaçmaz, Şahbuz, Gədəbəy, Gəncə, Göygöl, Tovuz, Ağstafa, Mingəçevir, Biləsuvar, Lənkəran, Astara, Lerik, Yardımlıda arabir şimşək çaxır, yağış yağır. Şahdağda isə arabir qar yağması müşahidə olunur.

Saat 12:53-12:58 radələrində Şuşa şəhərində diametri 10-13, saat 14:12-14:16 radələrində Laçın rayonunun Minkənd, Qalaça kəndlərinə diametri 8-10 mm olan dolu düşüb.

Hazırda şimal-qərb küləyi əsir, küləyin maksimal sürəti Bakıda və Abşeron yarımadasında, eyni zamanda Mingəçevirdə 18 m/s-dək güclənir.

***
12:22

Mayın 16-sı saat 12:00-a olan faktiki hava açıqlanıb.

Milli Hidrometeorologiya Xidmətindən Lent.az-a verilən məlumata əsasən, ölkə ərazisinin əksər rayonlarında arabir yağış yağır, şimşək çaxır. Yağıntılar bəzi yerlərdə leysan xarakterlidir.

Düşən yağıntının miqdarı Gədəbəydə 11, Ordubad və Naxçıvanda 8, Şərurda 7, Daşkəsən və Culfada 6, Şəmkir və Şahbuzda 5, Göygöl, Gəncə, Lənkəran və Yardımlıda 4, Sədərəkdə 3, Astara, Lerik və Tovuzda 2, Ağstafa, Goranboy, Balakən, Qax, Zaqatala, Şəki, Quba, Qusar, Şahdağ, Sabirabad, Biləsuvar, Cəlilabad, Naftalan, Kəlbəcər, Laçın, Qubadlıda 1 mm-dək qeydə alınır.

Hazırda bir sıra ərazilərdə şimal-qərb küləyi əsir, küləyin maksimal sürəti Goranboyda 23, Mingəçevir və Daşkəsəndə 21, Bakıda və Abşeron yarımadasında 20, Naftalanda 18, Gədəbəydə 16 m/s-yə çatır.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 542

Oxşar yazılar