Bu tarixədək  güclü yağış yağacaq, çaylardan sel keçəcək - XƏBƏRDARLIQ
16 may 2026 15:42 (UTC +04:00)

Bu tarixədək güclü yağış yağacaq, çaylardan sel keçəcək - XƏBƏRDARLIQ

0

Bakıda və Abşeron yarımadasında mayın 16-sı axşamdan 19-dək arabir yağış yağacağı gözlənilir.

Milli Hidrometeorologiya Xidmətindən Lent.az-a verilən xəbərə görə, yarımadanın bəzi yerlərində yağışın intensivləşəcəyi, şimşək çaxacağı ehtimalı var.

Azərbaycanın rayonlarında may ayının ikinci ongünlüyünün sonunadək bəzi yerlərdə qeyri-sabit, yağıntılı hava şəraitinin davam edəcəyi gözlənilir. Ayrı-ayrı yerlərdə yağıntının intensiv olacağı, qısa müddətə güclənəcəyi, şimşək çaxacağı, dolu düşəcəyi, yüksək dağlıq ərazilərdə qara keçəcəyi ehtimalı var.

Yağıntılarla əlaqədar çaylarda sululuğun artacağı, bəzi dağ çaylarından qısamüddətli sel keçəcəyi ehtimal olunur.

Ölkə ərazisində qeyri-sabit hava şəraiti ilə əlaqədar havanın temperaturu ötən günlərlə müqayisədə 3-6 dərəcə enəcək.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 220

Oxşar yazılar