Tələbələrin kirayə mənzil KABUSU:  Evlər bu ayda daha ucuz olacaq
19 iyun 2025 10:56 (UTC +04:00)

Tələbələrin kirayə mənzil KABUSU: Evlər bu ayda daha ucuz olacaq

Bakıda kirayə mənzillərin qiymətinin artması ilə ali məktəblərə qəbul cavablarının açıqlandığı gün bir-birinə mütənasibdir. Paradoks odur ki, indi kirayə mənzil verənlər qəbul gününü daha çox gözləyir, nəinki abituriyentlər.

Bəs bir gecədə kirayə mənzillərin qiyməti niyə artır? Nə zaman ev tapmaq daha sərfəlidir?

Daşınmaz əmlak və inşaat üzrə ekspert Elnur Azadov Lent.az-a açıqlamasında bildirib ki, avqustun 10-15-dən etibarən kirayə mənzillərin qiyməti artacaq:

30 minə kirayə verilən bağ evləri - Bu yay da qiymətlər \"əl yandıracaq\"

“İyunun əvvəllərindən başlayaraq, kirayə mənzillər kütləvi şəkildə boşaldılır. Əsasən IV kurs tələbələri evləri təhvil verərək, rayona gedirlər.  tələbələr evlərdən çıxaraq, rayona gedirlər. 

Bu hər il eyni qaydada təkrarlanır. Lakin avqust ayında şəhərə qayıdan aşağı kurs tələbələri kirayə mənzil tapmaqda ciddi çətinlik çəkirlər. Əvvəl 400 manata yaşadıqları evi həmin vaxt 500-ə kirayələyirlər. Bu kimi problemlərə görə ötən ildən tələbələrin 50%-i yayda rayona getsə də, kirayəyə pul ödəyirlər ki, sonra yenidən mənzil tapmaq dərdi ilə üzləşməsinlər. 

Evlərin indiki qiyməti

Tələbələrdən fərqli olaraq, digər kirayəçilərin əksəriyyəti yayda yaşadıqları məznili dəyişirlər. İndi qiymətlər bir qədər tənzimlənib, lakin avqustun 10-15-dən oktyabrın ortalarına qədər yenə kirayə qiymətləri artacaq. Həmin müddətdə ev tapmaq indiki ilə müqayisədə çox çətin olacaq. Bu çətinlik də ən çox I kurs tələbələrinə aid olur.

Son 15 il ərzində Sovetski, Kubinka, Yasamal, Təbriz küçəsi, Nəsimi bazarının ətrafı və digər köhnə yaşayış fondu olan ərzilər dövlət və ya qeyri-dövlət hesabına plana düşdü. Plana düşən ərazilərin isə yeni binalar tikildiyi üçün ucuz kirayələrin sayı get-gedə azaldı. 

Köhnə evi sökülüb, yerində tikilən binadan ev veriləcək sakinlər mənzil hazır olana qədər kirayəyə köçürülür Bu müştərilər böyük həcimdə bazara çıxanda isə ciddi problemlər yaranır, kirayə mənzil tapılmır.

Məhz bu tendensiyaya əsasən, Daşınmaz əmlak fondunda ucuz evlərin sayı azaldı. Onların yerində tikilən binalarda isə qiymətlər 2 dəfə yüksək oldu. 

Qiymətlərin çox olmasının digər səbəbi də tələb-təklifin qarşılanmamasıdır. Böyük şəhərlərin fiziki artımı, regionlardan gələn axın, gənc ailələrin yaşayış problemləri tələbatların yüksəlməsinə, təkliflərin isə məhdudluğuna səbəb olur. Buna görə də qiymətlər yüksəkdir, hətta bu vəziyyət daha da gərginləşəcək”,-deyə ekspert fikrini yekunlaşdırıb. 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 886

Oxşar yazılar

Meteohəssas insanlar üçün sabahın PROQNOZU

Meteohəssas insanlar üçün sabahın PROQNOZU

19 iyun 2025 , 16:24
Bakıda binanın damında hovuz tikənin kimliyi bilindi - YENİ DETALLAR

Bakıda binanın damında hovuz tikənin kimliyi bilindi - YENİ DETALLAR

19 iyun 2025 , 12:46
35 dərəcə isti  olacaq - Sabahın havası

35 dərəcə isti olacaq - Sabahın havası

19 iyun 2025 , 12:27
Müəllimlərin maaşı artıb

Müəllimlərin maaşı artıb

19 iyun 2025 , 10:47
Azərbaycanın 6 universiteti TOP 1000 SIRASINDA

Azərbaycanın 6 universiteti TOP 1000 SIRASINDA

19 iyun 2025 , 10:38
Azərbaycanın itkin-şəhidi  dəfn olunacaq

Azərbaycanın itkin-şəhidi dəfn olunacaq

19 iyun 2025 , 09:45
2025-ci ilin yayında heyrətamiz uğur  qazanacaq BÜRCLƏR

2025-ci ilin yayında heyrətamiz uğur qazanacaq BÜRCLƏR

19 iyun 2025 , 09:09
Bakıda bu yollarda sıxlıq var - SİYAHI

Bakıda bu yollarda sıxlıq var - SİYAHI

19 iyun 2025 , 08:21