Yer kürəsinin gizli termal "nəfəsi"  kəşf edildi
19 iyun 2025 07:24 (UTC +04:00)

Yer kürəsinin gizli termal "nəfəsi" kəşf edildi

Alimlər ilk dəfə olaraq "kabus" şleyfinin - Yerin dərinliklərindən səthə doğru yüksələn, lakin vulkanik aktivlik yaratmayan isti maqma axınının əlamətlərini qeydə alıblar.

Lent.az xəbər verir ki, bu barədə "Earth and Planetary Science Letters" jurnalında dərc edilən elmi məqalədə məlumat verilib.

Araşdırmalara görə, "Dani şleyfi" adlandırılan qeyri-adi geoloji struktur Omanın şərqində aşkar olunub. İlk siqnallar seysmik tədqiqatlar nəticəsində əldə edilib. Həmin ərazidə seysmik dalğaların sürətinin azalması süxurların daha isti və yumşaq olduğunu göstərib.

Əlavə ölçmələr göstərib ki, 410-660 kilometr dərinlikdə olan təbəqələrdə parçalanmalar mövcuddur. Bu isə mantiyadakı şleyflərə xas xüsusiyyətdir.

Mütəxəssislərin hesablamalarına əsasən, bu şleyfin diametri 200-300 km, temperaturu isə ətraf mantiyadan 100-300°C yüksəkdir. Bildirilir ki, "Dani şleyfi" onmilyonlarla ildir mövcuddur və təxminən 40 milyon il əvvəl Hindistan tektonik plitəsinin hərəkətinə təsir göstərib. Alimlər hesab edirlər ki, struktur hazırda da Oman ərazisinin yüksəlməsinə səbəb olur.

Tədqiqatçılar bildirirlər ki, bu cür şleyflərin varlığı Yer kürəsinin daxilində daha çox belə gizli istilik kanallarının olduğunu göstərə bilər. Bu isə planetin istilik dövriyyəsi modellərinin yenidən nəzərdən keçirilməsini zəruri edir.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1302

Oxşar yazılar

Süveydada təhlükəli olay

Süveydada təhlükəli olay

3 avqust 2025 , 14:39
Krasnodarda küçələri, yolları su basdı-VİDEO

Krasnodarda küçələri, yolları su basdı-VİDEO

3 avqust 2025 , 14:02
İranda kimya zavodunda yanğın-VİDEO

İranda kimya zavodunda yanğın-VİDEO

3 avqust 2025 , 11:32
Qızıl Xaç Komitəsinin mənzil qərargahı vuruldu-Ölən və yaralananlar var

Qızıl Xaç Komitəsinin mənzil qərargahı vuruldu-Ölən və yaralananlar var

3 avqust 2025 , 10:21
"Krokus Siti Holl"da 70 nəfər belə ölüb

"Krokus Siti Holl"da 70 nəfər belə ölüb

3 avqust 2025 , 09:21
ABŞ-da zəlzələ  baş verdi

ABŞ-da zəlzələ baş verdi

3 avqust 2025 , 07:50
Arılarda bioloji qocalmanı ləngitmək  qabiliyyəti aşkar edildi

Arılarda bioloji qocalmanı ləngitmək qabiliyyəti aşkar edildi

3 avqust 2025 , 06:02
Qızıl mədənində UÇQUN:  5 nəfər öldü

Qızıl mədənində UÇQUN: 5 nəfər öldü

3 avqust 2025 , 05:37