Ucarda 15 yaşlı qız  uşaq dünyaya gətirdi -  YENİLƏNİB
20 aprel 2026 13:25 (UTC +04:00)

Ucarda 15 yaşlı qız uşaq dünyaya gətirdi - YENİLƏNİB

0

Ucarda yeniyetmə qızın uşaq dünyaya gətirməsi ilə bağlı cinayət işi açılıb.

Lent.az-ın xəbərinə görə, bu barədə Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin regional qrupundan bildirilib.

"Daxil olan məlumata görə rayon Polis Şöbəsinin İstintaq Bölməsində cinayət işi başlanılıb, cinayət işi üzrə istintaq tədbirləri davam etdirilir", - məlumatda deyilir.

***

12:44

Ucarda yeniyetmə uşaq dünyaya gətirib.

Lent.az APA-ya istinadla xəbər verir ki, rayon sakini 15 yaşlı yeniyetmə Ucar Rayon Mərkəzi Xəstəxanasının Doğum şöbəsinə yerləşdirilib.

Xəstəxanadan verilən xəbərə görə, aprelin 14-də saat 19 radələrində hamilə doğuş sancıları ilə Ucar Rayon Mərkəzi Xəstəxanasının Doğum şöbəsinə hospitalizasiya olunub. Ona 31-32 həftəlik hamiləlik diaqnozu təyin edilib. Pasiyent saat 20:20 radələrində cinsi kişi, çəkisi 1900 qram, boyu 44 santimetr uşaq dünyaya gətirib. Ana və uşağın vəziyyəti dəyərləndirilərək, müvafiq klinik protokollara uyğun zəruri tibbi yardım göstərilib. Zahı kafi vəziyyətdə aprelin 17-də sahə həkim mama-ginekoloq nəzarəti altında ambulator müalicə üçün evə yazılıb.

Hadisə ilə əlaqədar hüquq-mühafizə orqanlarına məlumat verilib.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 848

Oxşar yazılar