UniDestin Təhsil Mərkəzində ödənişsiz ingilis dili üzrə səviyyə ölçmə imtahanı keçirilib - VİDEO
21 fevral 2026 14:27 (UTC +04:00)

UniDestin Təhsil Mərkəzində ödənişsiz ingilis dili üzrə səviyyə ölçmə imtahanı keçirilib - VİDEO

0

21 fevral tarixində UniDestin Təhsil Mərkəzində ingilis dili üzrə ödənişsiz səviyyə ölçmə imtahanı əyani və onlayn formatlarda təşkil olunub. İmtahanın əsas məqsədi iştirakçıların mövcud dil biliklərini obyektiv şəkildə qiymətləndirmək və nəticələrə uyğun tədris istiqamətlərini müəyyən etmək olub.

Onlayn formatda keçirilən imtahanda iştirak edən namizədlər UniDestin Təhsil Mərkəzinə məxsus rəqəmsal platforma üzərindən qeydiyyatdan keçərək imtahanda iştirak ediblər. İmtahan yekunlaşdıqdan dərhal sonra iştirakçılar şəxsi kabinetlərində nəticələrini, səhv cavablarını və ümumi performans göstəricilərini izləmək imkanı əldə ediblər. Bu imkan iştirakçıların zəif tərəflərini müəyyən etməsinə və inkişaf ehtiyaclarını düzgün şəkildə planlaşdırmasına şərait yaradıb.

Qeyd edək ki, ödənişsiz səviyyə ölçmə imtahanları UniDestin Təhsil Mərkəzində davamlı əsaslarla təşkil olunacaq və müxtəlif yaş qruplarını əhatə edəcək.

İmtahan tarixləri və yeniliklər barədə məlumat almaq istəyənlər mərkəzin rəsmi Instagram səhifəsini və məlumat kanallarını izləyə bilərlər.

Əlaqə:
+994 (55) 848 03 09
+994 (50) 836 44 99
 [email protected]
 www.unidestin.com
Ünvan: AF Business House, 4-cü mərtəbə, Nizami küç. 203

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 220

Oxşar yazılar