Xankəndidə ilk dəfə  qəbul imtahanı -  YENİLƏNİB
25 may 2025 16:26 (UTC +04:00)

Xankəndidə ilk dəfə qəbul imtahanı - YENİLƏNİB

İlk dəfə Xankəndi şəhərində qəbul imtahanı keçirilib.

Lent.az-ın APA-ya istinadən verdiyi xəbərə görə, Qarabağ Universitetində keçirilən imtahanda Xankəndi, Xocalı, Ağdərə, Şuşa və Laçında məskunlaşmış abituriyentlər iştirak ediblər.

Bununla yanaşı, Füzulidə M.Uluqbəy adına məktəbin, Cəbrayılda M.Mehdizadə adına məktəbin və Zəngilanda Ağalı kənd tam orta məktəbinin cari il məzunları da qəbul imtahanlarını Xankəndidə veriblər.

İmtahanda ümumilikdə 50 abituriyent iştirak edib.

***

saat 12.14

İlk dəfə Xankəndi şəhərində qəbul imtahanı keçirilir.

Lent.az-ın APA-ya istinadən verdiyi xəbərə görə, Qarabağ Universitetində keçirilən imtahanda Xankəndi, Xocalı, Ağdərə, Şuşa və Laçında məskunlaşmış abituriyentlər iştirak edirlər.

Bununla yanaşı, Füzulidə M.Uluqbəy adına məktəbin, Cəbrayılda M.Mehdizadə adına məktəbin və Zəngilanda Ağalı kənd tam orta məktəbinin cari il məzunları da qəbul imtahanlarını Xankəndidə verirlər.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1024

Oxşar yazılar