Bakıda FACİƏ : sürət qatarı piyadanı vurub öldürdü
24 may 2025 21:37 (UTC +04:00)

Bakıda FACİƏ: sürət qatarı piyadanı vurub öldürdü

Bakıda sürət qatarı piyadanı vurub.

Lent.az-ın əldə etdiyi məlumata görə, hadisə Sabunçu rayonu Zabrat qəsəbəsi ərazisində baş verib.

Sürət qatarı 19 yaşlı Hacıyev Nemət Allahverdi oğlunu vuraraq onu yaralayıb. Hadisə yerinə gələn həkimlər yaralını xəstəxanaya aparıblar.

Lakin yaralı Sabunçu Tibb Mərkəzinə aparılarkən yolda keçinib.

Azərbaycan Dəmir Yolları Qapalı Səhmdar Cəmiyyətindən Lent.az-a bildirilib ki, bu gün axşam saatlarında Zabrat 2 - Sabunçu sahəsində hərəkətdə olan qatarın qarşısına qəflətən bir nəfər çıxıb:

"Maşinist tərəfindən təcili tormozlama aparılsa da, məsafə az olduğundan hadisə qaçılmaz olub. Ərazidəki əməkdaşlar tərəfindən hadisə yerinə dərhal təcili tibbi yardım briqadası çağırılıb və həmin şəxs xəstəxanaya aparılıb.

ADY bir daha insanları dəmiryol xətlərini yalnız müəyyən edilmiş yer və piyada keçidlərindən keçməyə, həyatlarını riskə atacaq hərəkətlərdən çəkinməyə çağırır. Qaydalara riayət etmək hər bir vətəndaşın borcudur və onları pozmaq inzibati məsuliyyət yaradır".

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 726

Oxşar yazılar

Bakıda 19 yaşlı qız binadan yıxıldı

Bakıda 19 yaşlı qız binadan yıxıldı

24 may 2025 , 22:35
Bakıda kişi yaşadığı evdə ölü tapıldı

Bakıda kişi yaşadığı evdə ölü tapıldı

24 may 2025 , 19:44
Sumqayıtda bank kartlarına qənim kəsilən 45 yaşlı qadın  ələ keçirildi

Sumqayıtda bank kartlarına qənim kəsilən 45 yaşlı qadın ələ keçirildi

24 may 2025 , 17:52
Mehdiabadda "Opel"i oğurladılar

Mehdiabadda "Opel"i oğurladılar

24 may 2025 , 16:56
Azərbaycanda tələbə faciəvi şəkildə  öldü

Azərbaycanda tələbə faciəvi şəkildə öldü

24 may 2025 , 16:18
Ağdaşda yüksək vəzifəli şəxsin MEYİTİ TAPILDI

Ağdaşda yüksək vəzifəli şəxsin MEYİTİ TAPILDI

24 may 2025 , 15:54
Abşeronda evdən 10 minlik  OĞURLUQ

Abşeronda evdən 10 minlik OĞURLUQ

24 may 2025 , 14:51
Restorana gedən azərbaycanlı sürücünü maşın vurub öldürdü

Restorana gedən azərbaycanlı sürücünü maşın vurub öldürdü

24 may 2025 , 14:31