Rusiyanın paytaxtı Moskvanın Şeremetyevo, Jukovski və Domodedovo hava limanlarının fəaliyyətinə müvəqqəti məhdudiyyətlər tətbiq edilib.
Lent.az xəbər verir ki, bu barədə “Rosaviasiya” məlumat yayıb.
"Domodedovo və Jukovski hava limanlarında saat 02:00-dan etibarən təyyarələrin gəliş-gedişinə müvəqqəti məhdudiyyətlər tətbiq edilib", - idarənin açıqlamasında bildirilir.
Saat 02:00-dan Şeremetyevo hava limanında da məhdudiyyətlər tətbiq edilib. Moskva vaxtı ilə saat 01:17-dən etibarən Vnukovo hava limanında müvəqqəti məhdudiyyətlər qüvvədədir.
Belə ki, bütün paytaxt hava limanlarında məhdudiyyətlər qüvvədə olub.
Saat 02:25-də Domodedovo və Jukovski hava limanlarının fəaliyyətinə qoyulan məhdudiyyətlər aradan qaldırılıb. Moskva vaxtı ilə saat 02:35-də Şeremetyevo hava limanında məhdudiyyətlər götürülüb.
Mülki təyyarələrin uçuşlarının təhlükəsizliyinin təmin edilməsi zərurəti ilə əlaqədar təyyarələrin uçuş və gəlişinə məhdudiyyətlər artıq mayın 24-də saat 23:35-də Domodedovo və Jukovskidə tətbiq edilib, lakin sonra ləğv edilib.
Bundab başqa mayın 24-ü Moskva vaxtı ilə saat 21:45-dən etibarən Kaluqa hava limanı da bağlı qalır.