Xaricdə peyvənd olunanların pasportu Azərbaycanda tanınacaq? -  AÇIQLAMA
20 avqust 2021 12:31 (UTC +04:00)

Xaricdə peyvənd olunanların pasportu Azərbaycanda tanınacaq? - AÇIQLAMA

0

“Xaricdə yaşayıb peyvənd olunan şəxslərin COVID pasportu bizdə keçərlidir”.

Lent.az-ın məlumatına görə, bunu jurnalistlərə açıqlamasında Azərbaycan  Prezidentinin köməkçisi, Prezident Administrasiyasının İqtisadi məsələlər və innovativ inkişaf siyasəti şöbəsinin müdiri Şahmar Mövsümov deyib.

Prezidentin köməkçisi bildirib ki, bununla bağlı Səhiyyə Nazirliyinin 9301 nömrəli qaynar xətti var: “Əgər kimsə xaricdə vaksinasiya olunubsa və onun sertifikatı varsa, həmin nömrəyə zəng etməlidir, məlumat verməlidir. Səhiyyə nazirliyi təqdim olunmuş sənədlərə baxacaq, əgər uyğundursa, saxta deyilsə, bu sənəd sistemə daxil ediləcək”.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 2901

Oxşar yazılar