
"Lent.az"-ın əməkdaşı birinci oldu
Bu gün Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun (KİVDF) 31 Dekabr - Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il bayramı münasibətilə keçirdiyi fərdi jurnalist yazıları müsabiqəsinin mükafatlandırılması mərasimi keçirilib.
Lent.az-ın məlumatına görə, KİVDF-in icraçı direktoru Vüqar Səfərli qeyd edib ki, bu gün ölkədə KİV-lərin fəaliyyətinə dövlət dəstəyi daha da artıb, bu sahədə çalışanlar üçün hərtərəfli şərait yaradılıb: "2017-ci ildə 255 jurnalist mənzillə təmin edilib və yeni binanın təməli qoyulub. Yaxın 3 ildə həmin bina da jurnalistlərin istifadəsinə veriləcək".
Tədbirdə V. Səfərli onu da bildirib ki, bu il KİVDF jurnalistlər arasında 4, digər qurumlarla birgə isə 6 yazı müsabiqəsi keçirib.
Tədbirdə qeyd edilib ki, müsabiqəyə 19 istiqamət üzrə 66 KİV-dən 153 yazı təqdim edilib. Hər istiqamət üzrə birinci (1 yer), ikinci (2 yer) və üçüncü yerlər (3 yer) üçün müvafiq olaraq 500, 400 və 300 manat mükafat nəzərdə tutulub. Daha sonra müsabiqənin qalibləri açıqlanıb.
Müsabiqənin qalibləri arasında "Lent.az" İnformasiya Agentliyinin əməkdaşı Ləman Mustafaqızı (birinci yer), APA İnformasiya Agentliyinin əməkdaşları Cavid Zeynallı və Ramiz Mikayıloğlu da var .
Oxşar yazılar

Yaxın günlərdə arxadan vurulacaqsınız: 3 BÜRCƏ xəbərdarlıq
3 may 2025 , 18:30
Bakı metrosunda elektrik kəsildi, qatarlar tuneldə qaldı - YENİLƏNİB
3 may 2025 , 18:00
İnsanlar ölməzdən əvvəl üç şeyə peşman olurlar - tibb bacısının hekayəsi
3 may 2025 , 17:15
Yapon "Baba Vanqa"dan iyul ayında fəlakət XƏBƏRDARLIĞI
3 may 2025 , 16:00
Sabah 27 marşrutun hərəkət istiqaməti dəyişdirilir - SİYAHI
3 may 2025 , 14:21
Sabah leysan və sulu qar yağacaq - PROQNOZ
3 may 2025 , 12:44
Soyuq havalar nə vaxtadək davam edəcək?
3 may 2025 , 10:42