Azərbaycanda e.ə. I minilliyin birinci yarısına aid zinət əşyaları tapıldı - <span style="color:red;">FOTOLAR
18 aprel 2018 11:07 (UTC +04:00)

Azərbaycanda e.ə. I minilliyin birinci yarısına aid zinət əşyaları tapıldı - FOTOLAR

Gəncə-Qazax ərazisində arxeoloji qazıntılar zamanı təbii və antropogen təsirlər nəticəsində dağıntıya məruz qalmış qədim qəbir abidələrinin birində qızıldan və tuncdan hazırlanmış bəzək əşyaları aşkar edilib. AMEA Arxeologiya və Etnoqrafiya İnstitutunun elmi işlər üzrə direktor müavini Nəcəf Müseyibli aşkarlanmış zinət əşyaları ilə bağlı Lent.az-a açıqlama verib.

 

N. Müseyiblinin sözlərinə görə, onlar olduqca yüksək ustalıqla, nəfis hazırlanmış bir cüt sırğa, üzük, armudvari və boru şəkilli muncuqlar və asma bəzək əşyalarıdır: “Üzüyün qaşı və üstü, asma bəzəklər minerallarla bəzədilib. Bu əşyalarla yanaşı abidənin dövrünü müəyyən etmək üçün başlıca tapıntılar – saxsı qabların fraqmentlərindən ibarət keramika məmulatı əsasında həmin bəzək nümunələrini erkən dəmir dövrünə - e.ə. I minilliyin birinci yarısına aid etmək olar. Eyni zamanda bu bəzəklərin bəzi analogiyaları sonrakı antik dövrdən də məlumdur. Bütün bu tapıntılar hələ 2700-3000 il bundan əvvəl Azərbaycanda qızıl metallurgiyasının yüksək inkişaf səviyyəsində olduğunu sübut edir”.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 473

Oxşar yazılar

Sabah 27 marşrutun  hərəkət istiqaməti dəyişdirilir - SİYAHI

Sabah 27 marşrutun hərəkət istiqaməti dəyişdirilir - SİYAHI

3 may 2025 , 14:21
Sabah leysan və sulu qar  yağacaq - PROQNOZ

Sabah leysan və sulu qar yağacaq - PROQNOZ

3 may 2025 , 12:44
Soyuq havalar nə vaxtadək  davam edəcək?

Soyuq havalar nə vaxtadək davam edəcək?

3 may 2025 , 10:42
Bakıdan Polşaya uçan təyyarə təcili geri qayıtdı

Bakıdan Polşaya uçan təyyarə təcili geri qayıtdı

3 may 2025 , 09:55
Sabah Bakının mərkəzi küçələri tam BAĞLANIR

Sabah Bakının mərkəzi küçələri tam BAĞLANIR

3 may 2025 , 09:35
Bəzi BÜRCLƏR bu ayı unutmaq istəyəcək  – SƏBƏB

Bəzi BÜRCLƏR bu ayı unutmaq istəyəcək – SƏBƏB

3 may 2025 , 09:09
Sabahın tibbi-meteoroloji PROQNOZU

Sabahın tibbi-meteoroloji PROQNOZU

2 may 2025 , 19:59
Bakıda hava qaralanda  bu avtobuslar  yoxa çıxır...  -  YENİLƏNİB

Bakıda hava qaralanda bu avtobuslar yoxa çıxır... - YENİLƏNİB

2 may 2025 , 19:27