Azad Rəhimov Qubada vətəndaşları qəbul edib
17 dekabr 2013 12:56 (UTC +04:00)

Azad Rəhimov Qubada vətəndaşları qəbul edib

0

Bu gün gənclər və idman naziri Azad Rəhimov Quba, Qusar, Xaçmaz, Siyəzən və Şabran rayonlarının sakinlərini qəbul edib. Gənclər və İdman Nazirliyinin (GİN) mətbuat xidmətinin rəhbəri Səmayə Məmmədovanın Lent.az-a verdiyi məlumata görə, Heydər Əliyev Mərkəzində baş tutan qəbulda 40-a yaxın vətəndaş  iştirak edib.

 

Qəbulda idman zallarının tikintisi, stadionların və idman qurğularının idman avadanlıqları ilə təchiz edilməsi və digər mövzularla bağlı 20-dək müraciət edilib. 5-dən artıq müraciət gənclər mərkəzlərinin tikintisi,  gənclərin qeyri-hökumət  təşkilatlarının yaradılması istiqamətində olub.

 

Digər müraciətlər isə  ipoteka kreditlərinin verilməsi və işlə  bağlı edilib.

 

Bəzi məsələlər yerindəcə həllini tapıb, araşdırılması tələb edən məsələlər isə nəzarətə götürülüb.

 

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 770

Oxşar yazılar