azxeber.com saytının yaranmasından 3 il ötür
13 aprel 2013 16:02 (UTC +04:00)

azxeber.com saytının yaranmasından 3 il ötür

0

Bu gün www.azxeber.com saytının yaranmasından 3 il ötür.

 

Sayt 2009-cu il aprel ayının 13-də fəaliyyətə başlayıb.

 

Saytda hər gün müxtəlif sahələri əhatə edən xəbər, müsahibə, reportaj, köşə yazıları yayımlanır.

 

Saytın təsisçisi Hacıbəy Heydərli bildirib ki, 3 il ərzində 10-a yaxın mükafat alıblar: “Bu günə qədər azxeber.com media sahəsində müxtəlif mükafatlara layiq görülüb, Mətbuat Şurası tərəfindən “ilin ən perspektivli media orqanı” seçilib. Bizə etimad göstərən, inanan hər kəsə təşəkkürümüzü bildiririk və əminik ki, saytımız bundan sonra da böyük uğurlar qazanacaq”.

 

Hacıbəy Heydərli həmçinin qeyd edib ki, azxeber.com “facebook” sosial şəbəkəsində ən çox üzvü olan anadilli saytdır: "Hazırda saytımızın “facebook” sosial şəbəkəsində 106 mindən çox üzvü var. Bu göstəriciyə görə, Azərbaycanda ən çox üzvü olan ana-dilli xəbər saytıyıq. Səhifəmizdə xəbərlərlə yanaşı maraqlı məlumatlar, fotolar, videolar da paylaşılır”.

 

Qeyd edək ki, sayt gənc jurnalistlər Əfsələddin Ağalarov və Hacıbəy Heydərli təşəbbüsü ilə yaradılıb.

 

525.az

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 1266

Oxşar yazılar