Mayın 29-dan iyunun 1-dək Bakıda II Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu keçiriləcək. Bu barədə Lent. az-a Mədəniyyət və Turizm Nazirliyinin mətbuat xidmətindən məlumat verilib. Forumun əsas tərəfdaşları qismində YUNESKO, BMT-nin Sivilizasiyalar Alyansı, Avropa Şurası, Avropa Şurasının Şimal-Cənub mərkəzi, İSESKO, BMT-nin Dünya Turizm Təşkilatı çıxış edir.
Forumda hazırkı mədəniyyətlərarası münasibətlərin normal inkişafına mane olan məsələlər, təhdidlərin aradan qaldırılması üçün müxtəlif mövzularda maraqlı debatlar təşkil ediləcək, mədəniyyətlərarası dialoqun konseptual, idarəçilik, siyasi və praktiki aspektləri, mədəni-sosial, dini, iqtisadiyyat, biznes sahələrinin təsirləri müzakirə olunacaq. Bu tədbir həmçinin beynəlxalq tərəfdaşlarımıza, iştirakçı ölkə və təşkilatlara bu sahədə müvafiq təcrübəni bölüşmək, eləcə də yeni təşəbbüsləri irəli sürmək imkanı yaradacaq.
Forum çərçivəsində Azərbaycanın şərqlə-qərbin, müxtəlif mədəniyyətlərin kəsişməsində yerləşməsi nəzərə alınaraq dünyada ilk dəfə Şərq-Qərb Mədəniyyət Nazirlərinin görüşünün keçirilməsi nəzərdə tutulur.
Forumda beynəlxalq qurumların rəhbərləri, dünyanın 100-dən çox ölkəsindən nazirlər, ekspertlər, beyin mərkəzlərinin rəhbərləri, alimlər və mədəniyyətlərarası dialoqla məşğul olan mərkəzlərin yüksək səviyyəli nümayəndələri iştirak edəcəklər.
Bakıda daha bir beynəlxalq tədbir
0
0
0
0