Bakının əsas yollarında surət həddi endirildi
0
0
Faktiki hava şəraiti ilə əlaqədar olaraq Bakının əsas avtomagistrallarında surət həddi aşağı salınıb.
Bakı Nəqliyyat Agentliyindən Lent.az-a verilən məlumata görə, Heydər Əliyev prospekti - Hava limanı istiqamətində, eləcə də Nobel prospekti Zığ yolu - Hövsan istiqamətində bütün zolaqlar üzrə surət həddi 20 km/ saat endirilib. Məqsəd qeyd edilən yollarda hərəkətin təhlükəsizliyini təmin etməkdir.
0
0