Bakının qəsəbələrindən biri qazsız qalıb
23 mart 2014 14:55 (UTC +04:00)

Bakının qəsəbələrindən biri qazsız qalıb

0

Bakı şəhərinin Qaradağ rayonunda yerləşən qəsəbələrdən birində təbii qaz verilişində fasilələr yaranıb. Müşfiq qəsəbə sakinlərinin Lent.az-a verdiyi məlumata görə, qəsəbə ərazisində mənzillərə dünən saat 22 radələrindən etibarən qaz verilişi dayandırılıb. Bu gün bir neçə dəfə 5 dəqiqəlik fasilələrlə qazın verilişi bərpa edilsə də, təminat tam bərpa edilməyib. Qazın verilməsindəki fasilələr Müşfiq qəsəbə sakinlərində narahatlıq yaradır. Onlar hər hansı bədbəxt hadisənin baş verməsindən ehtiyatlanırlar.

 

Qeyd edək ki, qəsəbədə qaz verilişində fasilənin olacağı ilə bağlı əvvəlcədən xəbərdarlıq edilməyib.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 1054

Oxşar yazılar