AMEA-nın Dilçilik İnstitutunda Azərbaycanda dilçiliyin inkişafına dair dövlət proqramı hazırlanıb. Dilçilik İnstitutunun direktoru Fəxrəddin Veysəllinin Lent.az-a verdiyi məlumata görə, bu proqram bütün mərhələlərdən keçib və ölkə başçısına təqdim olunub.
F. Veysəlli bildirib ki, Azərbaycanda dövlət dilinin işlənməsində çox ciddi problemlər var: “Bu proqramı Azərbaycanda qloballaşma şəraitinə uyğun olaraq hazırlamışıq. Dövlət proqramında reklamlarda, idarələrdə telekanallarda, kütləvi informasiya vasitələrində dilin işlədilməsi ilə bağlı xüsusi bəndlər var. Prezidentin imzasından sonra əlimizdə rəsmi sənəd olacaq və biz bu sənədə söykənərək ölkə ərazisində monitorinqlərə başlayacağıq”.
F.Veysəlli onu da əlavə edib ki, bütün idarəetmə qurumlarında, icra hakimiyyətlərində dil üzrə ayrıca bir mütəxəssis, dilçi ştatı açılacaq: “Radiolarda, televiziyalarda, qəzetlərdə yüksək səviyyəli adamlara baxmayaraq yenə də səhvlər gedir. Bütün bunların hamısını nəzarətdə saxlamaq üçün müəyyən bir konseptual sənəd hazırlamaq üçün həmin o qurumlarda ştatlar, mütəxəssislər ayrılacaq və onlar bilavasitə sənədlərin, əmrlərin dilinə nəzarət edəcək”.
Direktor Bakı şəhər İcra Hakimiyyətinin nəzdində qaynar xətt açılmasının da nəzərdə tutulduğunu deyib. Azərbaycan dili haqqında qanun pozuntusu görən hə bir vətəndaş birbaşa qaynar xəttə zəng edərək məlumat verə biləcək.

İdarələrdə dilçi ştatları açılacaq
Oxşar yazılar

BÜRCLƏR üçün avqust ayının ən şanslı günləri
4 avqust 2025 , 00:02
Agentlik: “News24.az”-də manipulyativ başlıqlara rast gəlinməkdədir
3 avqust 2025 , 18:27
Laçında ayı balası-FOTO
3 avqust 2025 , 13:46
132 yaşlı qadın öldü: Üç tarixi dövrün şahidi idi, 100-dən çox nəvəsi var
3 avqust 2025 , 12:37
41 dərəcə isti olacaq - SABAHIN HAVASI
3 avqust 2025 , 12:05
Şəhid atası vəfat etdi
3 avqust 2025 , 09:25
Yaxın illərdə güclü maqnit qasırğaları gözlənilir - XƏBƏRDARLIQ
2 avqust 2025 , 21:15