Azərbaycanda ümumvətəndaş pasportu əvvəlki ilə müqayisədə 3 dəfə tez veriləcək. Lent.az-ın femida.az saytına istinadən verdiyi məlumata görə, bununla bağlı Milli Məclis yaxın günlərdə “Ölkədən getmək, ölkəyə gəlmək və pasportlar haqqında” qanuna dəyişiklik edəcək. Dəyişikliyə əsasən, ümumvətəndaş pasportu vətəndaş müraciət etdikdən sonra 10 iş günü müddətində (indiyədək bu müddət bir ay idi), Azərbaycan Respublikası vətəndaşının və ya onunla gedən şəxsin (şəxslərin) təcili müalicəsi, yaxud xaricdə yaşayan yaxın qohumunun ağır xəstəliyi, ölümü və ya digər müstəsna hallar) iki iş günü müddətində müvafiq icra hakimiyyəti orqanının təsdiq etdiyi “Ölkədən getmək, ölkəyə gəlmək və pasportlar haqqında” Azərbaycan Respublikası qanununun tətbiqi barədə Əsasnamə”də nəzərdə tutulan sənədlər əsasında müvafiq icra hakimiyyəti orqanı tərəfindən veriləcək.
“Dövlət rüsumu haqqında” qanunu ilə nəzərdə tutulmuş hallarda isə ümumvətəndaş pasportu vətəndaşın ödədiyi dövlət rüsumunun məbləğinə müvafiq olaraq 5 və ya 1 iş günü (indiyədək 1 günü müddətində verilmirdi) müddətində veriləcək.