Azərbaycanda sürücülük vəsiqəsinin qəsdən korlanmasına, yararsız hala salınmasına və ya itirilməsinə görə tətbiq olunan cəza ləğv edilir. Lent.az-ın femida.az saytına istinadən verdiyi məlumata görə, bununla bağlı Milli Məclis yaxın günlərdə İnzibati Xətalar Məcəlləsinə (İXM) dəyişiklik ediləcək. Belə ki, İXM-də 154.4-cü maddə bütünlüklə ləğv olunacaq.
Qeyd edək ki, sürücülük vəsiqəsinin qəsdən korlanmasına, yararsız hala salınmasına və ya itirilməsinə görə 40 manat miqdarında cərimə nəzərdə tutulurdu.