Yağış yağacaq, duman olacaq - SABAHIN HAVASI
07 noyabr 2022 13:02 (UTC +04:00)

Yağış yağacaq, duman olacaq - SABAHIN HAVASI

Sabahın hava proqnozu açıqlanıb.

Milli Hidrometeorologiya Xidmətinin Lent.az-a verdiyi məlumata əsasən, noyabrın 8-də Bakıda və Abşeron yarımadasında bəzi yerlərdə arabir yağış yağacağı gözlənilir. Mülayim cənub-şərq küləyi əsəcək. Havanın temperaturu gecə 8-10° isti, gündüz 12-14° isti olacaq.

Bakıda gecə 8-10° isti, gündüz 12-14° isti olacaq. Atmosfer təzyiqi 769 mm civə sütunu olacaq. Nisbi rütubət 70-80 % olacaq.

Azərbaycanın rayonlarında hava əsasən yağmursuz keçəcək. Lakin gecə bəzi yerlərdə yağıntılı olacağı ehtimalı var. Bəzi yerlərdə duman müşahidə olunacaq. Mülayim şərq küləyi əsəcək. Havanın temperaturu gecə 5-9° isti, gündüz 13-17° isti, dağlarda gecə 1° şaxtadan 4°-dək isti, gündüz 4-9° isti olacaq.

# 2046
avatar

Oxşar yazılar