Yeni 10 manatlıqlar belə oldu - FOTO
22 aprel 2022 12:42 (UTC +04:00)

Yeni 10 manatlıqlar belə oldu - FOTO

Azərbaycanda 10 manatlıq kağız pul nişanları yenilənib. 

Lent.az xəbər verir ki, bu barədə Azərbaycan Respublikasının Mərkəzi Bankı məlumat yayıb. 

Hazırda “Tarix” mövzusuna həsr olunan 10 manatlıq pul nişanının mühafizə sistemləri və dizaynı mövcud kosepsiya çərçivəsində ən son texnologiya və innovasiyalar tətbiq edilməklə dəyişilib. 

AMB yenilənmiş dizayna və mütərəqqi mühafizə sistemlərinə malik 10 manatlıq pul nişanının 22 iyun 2022-ci il tarixdən tədavülə buraxılmasını elan edib.

# 3405
avatar

Sevinc Fərid

Oxşar yazılar