Adapteri telefonsuz rozetkada saxlamağın TƏHLÜKƏLƏRİ
19 fevral 2024 19:02 (UTC +04:00)

Adapteri telefonsuz rozetkada saxlamağın TƏHLÜKƏLƏRİ

Bir çox insanlar smartfonunu doldurduqdan sonra şarj cihazını rozetkada qoyur və onda heç bir problem görmürlər. Lakin ekspertlər bu məsələdə tamamilə fərqli fikirdədirlər.

Niyə şarj cihazınızı rozetkada qoymamalısınız

Lent.az xarici KİV-ə istinadən şarj cihazınızı prizdə saxlamamağın səbəblərini təqdim edir: 

- Telefon şarj cihazından ayrılsa belə, enerji istehlakı hələ də davam edir.

- Cihazın xidmət müddəti tədricən azalacaq. Şarj cihazı tez qızacaq və daha tez sıradan çıxacaq. 

- Şarj cihazını rozetkada saxlamaq, xüsusən keyfiyyətsiz olduqda yanğına səbəb ola bilər. Güc artımı halında şəbəkədə tüstü yaranır. Evdə şarjı götürəcək uşaqlar və heyvanlar varsa, şarj cihazını rozetkada qoymaq tövsiyə edilmir.

- Bundan əlavə, evdə kiçik uşaqlar və ya heyvanlar varsa, şarj cihazını rozetkadan çıxarmağa dəyər.

# 23361
avatar

Fidan İlqar

Oxşar yazılar