Ayda 60 milyon dollara ev tikiləcək
04 oktyabr 2023 16:55 (UTC +04:00)

Ayda 60 milyon dollara ev tikiləcək

NASA 2040-cı ilə qədər Ayda ev tikmək planlarını açıqlayıb.

Lent.az xarici mediaya istinadla bildirir ki, belə bir binada nəinki peşəkar astronavtların, hətta xüsusi hazırlığı olmayan insanların da yaşaya biləcəyi güman edilir.

Layihənin həyata keçirilməsinə 60 milyon dollar ayrılıb.

Evin yaradılması üçün Ay səthinin komponentlərindən hazırlanmış betondan istifadə edilməsi planlaşdırılır. Tikinti 3D çapdan istifadə edilməklə aparılacaq.

# 5205
avatar

Oxşar yazılar