“BMW” hidrogen avtomobilləri   buraxacaq: 2030-cu ilə qədər
02 mart 2023 16:08 (UTC +04:00)

 “BMW” hidrogen avtomobilləri buraxacaq: 2030-cu ilə qədər

Almaniyanın "BMW" şirkəti bu onilliyin sonuna kimi hidrogen avtomobillərinin istehsalına başlamağı planlaşdırır.

Lent.az xəbər verir ki, bu barədə şirkətin texnologiya rəhbəri Yurgen Quldner məlumat verib.

“Biz bu onilliyin ikinci yarısında belə avtomobillərin istehsalına başlayacağıq. Mən əminəm ki, hidrogen avtomobilləri gələcək üçün yaxşı olacaq”, - Quldner bildirib.

Qeyd edək ki, “BMW” Avropada hidrogen avtomobillərini buraxan ilk iri şirkət ola bilər. Bu gün bazarda hidrogenlə işləyən avtomobillərin iki modeli var. Bunlar Yaponiyanın “Toyota Mirai” sedanı və Koreyanın Hyundai Nexo krossoveridir.


 

# 2169
avatar

Sevinc Fərid

Oxşar yazılar