“Azərbaycanda hicabın qadağan olunmasını heç yerdə görmürəm” -  Allahşükür Paşazadə
13 oktyabr 2026 16:29 (UTC +04:00)

“Azərbaycanda hicabın qadağan olunmasını heç yerdə görmürəm” - Allahşükür Paşazadə

1

"Azərbaycanda din dövlətdən, məktəb də dindən ayrıdır".

Lent.az xəbər verir ki, bu sözləri Qafqaz Müsəlmanları İdarəsinin sədri Allahşükür Paşazadə "Real" Tv-yə müsahibəsində bildirib.

"Biz dövlətin qərarlarına qarşı heç nə deyə bilmərik. Amma vətəndaş kimi danışa bilərik. Hicab Allahın bizə göndərdiyi vacib məsələdir. Onun hansı yaşda istifadə edilməsini alimlər bilirlər. Məktəbli formalarında hicab amili qeyd olunmayıb, həmçinin Azərbaycanda da hicab qadağan olunmayıb. Azərbaycanda hicabın qadağan olunmasını mən heç yerdə görmürəm.

Çox heyifislənirəm ki, bəzi qüvvələr həm daxildə, həm də xaricdə Azərbaycanda müsəlmanlara əziyyət verildiyi ilə bağlı fikirlər yaymağa çalışırlar. Məktəbli formalarını siyasi məsələ kimi istifadə edərək dövlətçiliyə dil uzadır, müəyyən insanları dövlətə qarşı qaldırırlar. Bu, qəbulolunmazdır. Çünki insanlar Azərbaycanın müstəqilliyini bərpa etmək üçün canlarından keçiblər.

Hicab məsələsini ortaya atanların məqsədi müsəlmançılıq deyil. Şikayəti, narazılığı olan şəxslər nazirlərin qəbuluna düşə, fikirlərini bildirə bilərlər. Amma məktəblərdə səs-küy salmaq. uşaqları tədrisdən geri qoymaq heç doğru addım deyil". 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
1
# 902

Oxşar yazılar