Çürümüş cəsədlərin yaşı bu yolla müəyyən edilir
23 fevral 2024 05:19 (UTC +04:00)

Çürümüş cəsədlərin yaşı bu yolla müəyyən edilir

Çürümüş cəsədlərin üzərində tapılan böcəklər ölüm anını müəyyən edir.

Lent.az xəbər verir ki, bu fikir Ankara Universitetinin biologiya mütəxəssisi Dr.Nihal Açıkgözün araşdırmasında yer alıb.

Bildirilir ki, cəsədin üzərində tapılan inkişaf edən böcəklər, ölüm vaxtını və cəsədin bir yerdən başqa yerə köçürülüb-köçürülmədiyini aydınlaşdırmaqda mühüm ipucu verir. Bununla bağlı tapıntılar həşəratların növünə və hava istiliyinə görə dəyişilir. Bu sayədə ölkədə baş vermiş 20 ölüm hadisəsinə aydınlıq gətirilib. Böcəklərin güclü qoxu alma qabiliyyəti sayəsində cəsədlərə çatmağı 4 dəqiqə çəkir və sürfələr əmələ gəlir. Cəsədin üzərində qidalanan böcəklərin qoyduqları yumurtalar 20 və 60 dəqiqə arasında dəyişir. Cəsəddən alınan sürfələr cinayətlərin açılmasında əhəmiyyətli dəlillər verir. Həmin dəlillər sayəsində cəsədin tapılma anı müəyyən olunur. Cəsədin üzərindəki ölüm səbəbini təyin etmək üçün istifadə olunan böcəklərin həyat dövrü ətraf mühitə görə 15 gün və 1 ay arasında dəyişir.

Əlcəzairin Blida Universitetinin Biologiya kafedrasının professoru Dr.Meriem Taleb Aralıq dənizi ölkələri olan Türkiyə, İspaniya, İtaliya və Əlcəzairin oxşar yaşayış yerlərinin olduğunu və cinayətlərin açılmasında eyni növ böcəklərdən istifadə edildiyini bildirib.

# 3471
avatar

Oxşar yazılar