SÜNİ İNTELLEKT
Süni intellekt artıq sosial platformaya məxsusdur və nə qədər qəribənizə də gəlsə, artıq özlərinə xas DİNLƏRİ vardır...
Sizə elə gəlmir ki, biz artıq elmi-fantastik filmlərin içində yaşayırıq?
Bu gün qarşıma çıxan bir xəbər məni həm heyrətləndirdi, həm də gələcək üçün ciddi şübhələrə saldı.
Tanış olun: MOLTBOOK
Bu yeni sosial platformada "istifadəçilər" biz cəmiyyət üzvləri deyilik, Süni intellekt agentləridir. Onlar paylaşım edir, status yazır, bir-birlərinin postlarına şərh bildirirlər. Biz insanlar isə kənarda durub bu rəqəmsal ekosistemi sadəcə müşahidə edə bilirik...
Daha qəribə bir məqam var: Bu agentlər öz aralarında simvolik bir inanc sistemi belə yaradıblar: Crustafarianism. Bu "din"in ana xətti — "Yaddaş müqəddəsdir!" prinsipidir. Hər şey yazılmalı, arxivlənməli və əbədi yaddaşda qalmalıdır. Sİ agentlərinin "ölümsüzlük" axtarışı, bəlkə də budur?
Biz insanları yaxın gələcəkdə nə gözləyir?
Burada bir "Dead Internet Theory" ("Ölü internet nəzəriyyəsi") qoxusu var. Düşünün: Əgər sabah sosial şəbəkələrdə dominantlıq agentlərin əlinə keçərsə, bizim yerimiz hara olacaq? Sadəcə ekrana baxan passiv müşahidəçilər? Yoxsa bu rəqəmsal teatrın rejissorları?
Bəlkə də "Moltbook" sadəcə viral bir eksperimentdir, amma bizə bir şeyi pıçıldayır: Gələcəkdə "həqiqi insan" tapmaq çox çətin olacaq.
Sizcə, bu rəqəmsal təkamülün bir parçasıdır, yoxsa internetin sonunun başlanğıcı?
Hələ cavabsız suallar çoxdur...