Kosmosla bağlı daha bir YENİLİK  - boşluqdan gələn...
27 noyabr 2023 11:18 (UTC +04:00)

Kosmosla bağlı daha bir YENİLİK - boşluqdan gələn...

Osaka Metropolitan Universitetinin alimləri son dərəcə yüksək enerjiyə malik yeni kosmik hissəcik kəşf ediblər. O Yapon Günəş ilahəsinin şərəfinə "Amaterasu" adını alıb.

Lent.az xəbər verir ki, araşdırma "Science" jurnalında dərc olunub.

Kosmik şüalar, mənbələri kosmosda olan yüklü hissəciklərin axınlarıdır. Fövqəladə nadir şüalar bir exaelektronvoltun (EeV) enerjisinə çata bilir ki, bu da bəşəriyyət tərəfindən yaradılmış ən güclü hissəcik sürətləndiricilərinin enerjisindən təxminən bir milyon dəfə çoxdur. Belə şüaların axtarışında beynəlxalq alimlər qrupu 2008-ci ildən Teleskop Array eksperimentini aparır. Bu kosmik şüa detektoru 507 yerüstü stansiyadan ibarətdir.

27 may 2021-ci ildə bu layihə çərçivəsində tədqiqatçılar 244 EeV nəhəng enerji səviyyəsinə malik “Amaterasu” hissəciyini kəşf ediblər. Zərrəciyin gəldiyi istiqamətdə Kainatda lokal boşluq var. Ən yüksək enerjiyə malik olan “Oh-My-God” (Oh-My-God) 1991-ci ildə kəşf edilib, onun enerjisi 320 EeV olub.

"Kosmik şüaların gəldiyi istiqamətdə heç bir əhəmiyyətli astronomik obyekt aşkar edilməyib ki, bu da naməlum astronomik hadisələrin mövcudluğunun mümkünlüyünü göstərir" deyə kəşf müəllifləri vurğulayıblar.

# 2163
avatar

Fidan İlqar

Oxşar yazılar