Qlükometrli ağıllı saat  istehsal olundu
01 iyun 2023 18:17 (UTC +04:00)

Qlükometrli ağıllı saat istehsal olundu

“Huawei” şirkəti qlükometrli ağıllı saat buraxıb. 

Lent.az xəbər verir ki, “Watch 4” smart saatı qan şəkərinin səviyyəsini yoxlamaq funksiyasına malikdir. 

Bildirilir ki, bu yeni saat qan şəkərini yoxlayan ilk smart saatdır. Cihaza quraşdırılmış qlükometr dərini deşmədən ürək döyüntüsünü və EKQ göstəricilərini təhlil edərək məlumatları qeyri-invaziv şəkildə toplayır. 

Cihaz şəkər səviyyəsini azaltmaq üçün istifadəçilərə tövsiyələr də verir.

Bu saat buraxılışına “Watch 4” və “Watch 4 Pro” modelləri daxildir. Başlanğıc versiyası 1,5 düymlük AMOLED displey və polad korpus, Pro modeli LTPO AMOLED ekranı və titan korpus alıb. Saatın üz hissəsi şüşə ilə qorunur. Cihazda 40.000-ə qədər saat üzü quraşdırıla bilər.

Həmçinin, ağıllı saat ürək döyüntüsü monitoru, nəmdən qorunma, eSIM ilə LTE mobil rabitə dəstəyi, Always-on displey rejimi, GPS ilə çıxdı. Cihazlar HarmonyOS 3.0-a əsaslanır.

Huawei Watch 4-ün qiyməti 2899 yuan(təxminən 692 manat) təşkil edir. Advanced Watch 4 Pro-nun qiyməti 3399 yuandır(təxminən 817 manat). 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 2418
avatar

Sevinc Fərid

Oxşar yazılar