“Palo Alto Networks” şirkətinin təhlükəsizlik tədqiqatçıları "Landfall" adlı yeni bir Android casus proqramı aşkar ediblər.
Lent.az xəbər verir ki, zərərli proqram bir illik hücum kampaniyasında “Samsung Galaxy” telefonlarını hədəf alıb.
Hücum telefonun proqram təminatındakı zəiflikdən istifadə edib. Bu qüsur (CVE-2025-21042) 2024-cü ilin iyul ayında aşkar edilib, lakin Samsung tərəfindən yalnız 2025-ci ilin aprelində düzəldilib.
Hakerlər, ehtimal ki, mesajlaşma tətbiqi vasitəsilə hədəfin telefonuna xüsusi hazırlanmış bir şəkil göndərərək cihazlara sızıblar.
Tədqiqatçıları qeyd ediblər ki, bu hücumlar qurbandan heç bir qarşılıqlı əlaqə tələb etməyə bilər.
“Landfall” casus proqramının mənbəyi məlum olmasa da, hücumların ehtimal ki, Yaxın Şərqdəki insanları hədəf aldığı düşünülür.
Bu hücum kütləvi zərərli proqram kampaniyası deyil, müəyyən şəxsləri hədəf alan dəqiq hücum kimi təsvir olunur.
Casus proqram nümunələri Mərakeş, İran, İraq və Türkiyədəki istifadəçilərdən zərərli proqram təminatını skan edən VirusTotal xidmətinə yüklənib.
Digər hökumət casus proqramları kimi, Landfall da cihazların hərtərəfli monitorinqini həyata keçirə bilər. Buraya qurbanların fotoşəkilləri, mesajları, kontaktları və zəng qeydləri kimi məlumatlarına giriş daxildir.
Proqram təminatı həmçinin cihazın mikrofonuna daxil ola və onun yerini dəqiq şəkildə izləyə bilər.