Qarşılıqsız sevgi haqqında  1969-cu ilin hiti: rok musiqisi tarixində ən məşhurlardan  biri
30 iyun 2026 13:25 (UTC +04:00)

Qarşılıqsız sevgi haqqında 1969-cu ilin hiti: rok musiqisi tarixində ən məşhurlardan biri

0

Amerikalı müğənni və bəstəkar Stiven Stillsin 1969-cu ildə yazdığı "Suite: Judy Blue Eyes" mahnısı haqqında yeni məlumatlar ortaya çıxıb.

Lent.az xarici mediaya istinadla xəbər verir ki, mahnı sənətçinin ayrıldığı sevgilisi Cudi Kollinzə həsr olunub.

Münasibətləri dağılmağa başlayanda Stills yaşadığı hissləri musiqi vasitəsilə ifadə etmək qərarına gəlib. O bildirib ki, ayrılıq qaçılmaz idi və mahnının sözləri həmin dövrdə keçirdiyi hisslərin əksidir. "Suite: Judy Blue Eyes" yayımlandıqdan qısa müddət sonra ABŞ-ın "Billboard Hot" 100 hit-paradında 21-ci pilləyə yüksəlib və Stillsin ən uğurlu əsərlərindən birinə çevrilib.

Mahnını dinləyən Cudi Kollinz isə qısa, lakin yaddaqalan cavab verib: "Bu, gözəl mahnıdır, amma məni sənə geri qaytarmayacaq".

"Suite: Judy Blue Eyes" sonradan folk-rok janrının simvolik əsərlərindən biri kimi qəbul edilib. Mahnı illər ərzində bir çox nüfuzlu musiqi festivalında səsləndirilib və bütün zamanların ən yaxşı rok mahnıları sırasında yer alıb.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 242

Oxşar yazılar