Göyçayda maşın su kanalına aşıb, 84 yaşlı kişinin meyiti tapılıb.
FHN-in mətbuat xidmətindən Lent.az-a verilən xəbərə görə, FHN-in Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc qrupu tərəfindən 1942-ci il təvəllüdlü Osmanov Ağalar Şamil oğlunun meyiti suda tapılıb çıxarılaraq aidiyyəti üzrə təhvil verilib.
***
11:55
Göyçayda ağır yol qəzası baş verib.
Lent.az xəbər verir ki, hadisə bu gün saat 10 radələrində Göyçay rayonu Cəyirli kəndi ərazisində qeydə alınıb.
“VAZ-2106” markalı avtomobil əvvəlcə “KİA” markalı avtomobillə toqquşub, daha sonra su kanalına düşüb.
“VAZ-2106”nın sürücüsünün boğulduğu ehtimal edilir.
Hazırda onun çıxarılması istiqamətində işlər görülür.